FED.az Azərbaycanın aparıcı banklarından olan “Yapı Kredi Bank Azərbaycan”nın gəlir mənbələrini təqdim edir.
«Unibank» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR
2024-cü ilin üçüncü rübünün nəticələrinə görə “Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri 50 milyon 993 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 14-cü yeri tutur.
Bu məbləğin böyük hissəsi – 21 milyon 950 min manatı və ya 42%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb.
“Yapı Kredi Bank Azərbaycan”ın ikinci böyük gəlir mənbəyi komissiya haqlarıdır – bu mənbə bankı 13 milyon 552 min manat ilə və ya bütün gəlirlərin 27%-i ilə təmin edib.
“Yapı Kredi Bank Azərbaycan”ın valyuta əməliyyatlarından gəlirləri 5 milyon 129 min manat olub, bu - bankın bütün gəlirlərinin 10%-i deməkdir.
Qiymətli kağızlar bazarına yatırımlar isə “Yapı Kredi Bank”a 4 milyon 225 min manat gəlir təmin edib – ümumi gəlirlərin 8%-i.
“Yapı Kredi Bank” başqa banklarda depozit və kredit yerləşdirilməsi ilə 5 milyonda artıq gəlir əldə edib.
Digər faiz gəlirlərindən 7 min manat , digər qeyri-faiz gəlirlərindən isə 246 min manat gəlir əldə olunub, ikisi birlikdə ümumi gəlirin 2%-i həcmində .
Ümumiyətlə, “Yapı Kredi Bank Azərbaycan”ın gəlirlərinin 62%-i faiz, 38%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 21 950 | 42% |
Komissiya haqları | 13 552 | 27% |
Valyuta əməliyyatlarından gəlirlər | 5 129 | 10% |
QK-a investisiyadan gəlir | 4 225 | 8% |
Digər banklara depozitlərdən gəlirlər | 3 725 | 7% |
Digər banklara kreditlərdən gəlirlər | 2 159 | 4% |
Digər faiz gəlirləri | 7 | 1% |
Digər qeyri-faiz gəlirləri | 246 | 1% |
|
| |
CƏMİ GƏLİRLƏR | 50 993 | 100% |