Rusiya prezidenti Vladimir Putin “Qızıl Ulduz” medalı mərasimində çıxışı zamanı Qərb ölkələrindən gələn bədxahlara siqnal göndərib.
Publika.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında bildirib.
“Bu gün bütün dünya Rusiyadan qorxur və hörmət edir. Təbii ki, bu, Vladimir Vladimiroviçin xidmətidir. O, aydın prioritetləri qeyd etdi və bütün bədxahlara ölkənin bütövlüyü və suverenliyinin pozulmasına imkan verməyəcəyinə dair aydın siqnal verdi”, - Kadırov deyib.
Kadırov Putinin sözlərini tam dəstəklədiyini bildirib və qeyd edib ki, Rusiya xalqlarının birliyi ölkənin gücünün açarıdır.