Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk Cənubi Koreyanın “Daejon” klubu ilə müqaviləsini uzadıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçinin sözləşməsi 2027-ci ilin sonuna kimi artırılıb.
Krivotsyuk yeni müqavilə haqda klubun saytına açıqlama verib:
“Müqavilə müddətini yenilədiyim üçün çox şadam. Ailəmə və hər şeyə görə Allaha təşəkkür edirəm. Növbəti mövsüm liqada ən yaxşı Antonu görəcəksiniz”.
Anton Krivotsyuk 2023-cü ilin fevralından Cənubi Koreya təmsilçisində çıxış edir.