Bakı,TurkicWorld
Türkiyənin Qaziantep bələdiyyəsi 51 növ elektrik və elektronika avadanlıqlarının alımı üzrə tender elan edib.
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Avadanlıqlar müqavilə imzalandıqdan sonra yeddi gün ərzində işlək vəziyyətdə təhvil verilməlidir.
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 17 dekabr 2024-cü il tarixinə qədər “Şehit Yusuf Erin Cad. 27090 İncilipınar Şehitkamil/Gaziantep 3422111200 - 3422111252” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.