ABŞ-nin “The National Interest” jurnalının köşə yazarı Brandon Veichertin yazdığı son məqalə maraqla qarşılanıb.
KONKRET.az xəbər verir ki, o, ABŞ-nin Rusiyanın “Oreşnik” orta mənzilli ballistik raketinin istifadəsinə cavab olaraq Polşa və ya Ukrayna ərazisində “B-61” nüvə bombalarını yerləşdirə biləcəyini yazıb. Jurnalist NATO üzvü olmayan Ukraynaya nüvə silahının ötürülməsi ideyasını dəlilik adlandırıb: “Təəssüf ki, Ukrayna münaqişəsinin necə inkişaf etdiyini nəzərə alsaq, bu variant təhlükəli görünür”, – deyə Brandon Veichert bildirib.
Bununla belə, müşahidəçi ABŞ-nin bombaları yerləşdirmək üçün Ukrayna əvəzinə Polşanı seçəcəyinə inanmağa meyllidir. Çünki bu ölkənin alyans dövlətləri arasında nüvə silahı mübadiləsi proqramında iştirak etmək hüququ var. Bununla belə, materialda qeyd olunur ki, belə bir addım vəziyyəti daha da destabilləşdirəcək və Ukrayna münaqişəsinin sülh yolu ilə həlli şansını çətinləşdirəcək. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukraynada nüvə silahının ötürülməsi Rusiya üçün qəbuledilməzdir.
Vəli Həsənoğlu,
KONKRET.az