Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - gərgin, hadisələrlə zəngin, maraqlı gündür. Günün sonuna yaxın çox yorula bilərsiniz. Amma şikayətlənməyin, çünki sonucda istədiyinizə çatacaqsınız. Yaxın ətrafınızdakı insanlar arasında indiyədək sizə dəyər verməyənlərin münasibəti və mövqeləri dəyişir. Onlar nəyə qadir olduğunuzu indi anlayacaqlar.
Günün ikinci yarısında dostlar, tanışlar, köhnə müttəfiqlərlə münasibətlərdə ehtiyatlı, sayıq olun. Hisslərinə və münasibətinə dəyər verdiyiniz insanların xətrinə dəyməyin.
Sərt və aqressiv dəvranmasanız, çoxsaylı problemlər yarana bilər.
Buğa - mühüm qərarlar qəbul etmək, qarşıya yeni məqsədlər qoymaq olar. Nələrin baş verdiyini yaxşı anlamağa çalışın. Sizi təmin edəcək ünsürləri arayın, konkret nəticə əldə etməyə çalışın. İşgüzar münasibətlərdə və əlaqələrdə diqqətli olun. Yaxın ətrafınızdakı insanların sizə rəğbəti var. Bu isə sizə peşəkar fəaliyyət müstəvisində yardım edəcək.
Günün ikinci yarısında əlverişli məqamlar yaranacaq. Çoxsaylı variantlar arasında münasib olanı seçin. Maliyyə fonu pis deyil. Yaxşı gəlir əldə edə bilərsiniz.
Əkizlər - gün pis deyil. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcəklər. Bundan yararlanın, vaxtınızı mümkün qədər məhsuldar keçirməyə çalışın. Ən çətin işlərə başlamaq olar. Sizə kimsə yardım etməsə də, geri çəkilməyin, ruhdan düşməyin. Dərhal olmasa da, hər şey alınacaq.
Günün ikinci yarısında müvəqqəti maliyyə çətinlikləri yarana bilər. Planlaşdırılmamış xərclər, spontan sərfiyyatdan qaçının.
Sevdiyiniz insanla münasibətlər pis olmayacaq. O şəxsi sevindirməyə çalışın. Hadisələrə süni təkan verməyin, məcraya müdaxilə etməyin.
Xərçəng - gün xoşagəlməz sürprizlər vəd edir. Asan uğurlara və nailiyyətlərə bel bağlamayın. Sizi çətin, mürəkkəb işlər, yeni öhdəliklər və tapşırıqlar gözləyir. Ötənlərdəki xoşagəlməz hadisənin əks-sədası, köhnə borclar yenidən gündəmə gələcək.
Ruhdan düşməyin, bədbinliyə qapılmayın. Sakit və təmkinli davransanız, hər işin öhdəsindən gəlmək olar.
Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olun. Münasibətlərə yenilik edin. Təxəyyülü işə salın, yaradın. Belədə yaşamınızı daha yaxşı edə bilərsiniz. Səyləriniz və zəhmətlərinizin dərhal nəticə verməyəcəyini bilin. Səbrli, təmkinli olun.
Axşam saatlarında normal istirahət edin.
Şir - hər şey istədiyiniz kimi alınmayacaq. Amma gün ümidsiz deyil. Mühüm qərarlar qəbul etməli olacaqsınız. Çətin, ağır işləri özbaşına görməli olacaqsınız. Yalnız belə olan təqdirdə uğur əldə edəcəksiniz. Maliyyə fonu uğursuzdur. İtkilər ola bilər. Xərcləri azaldın.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərin rəvan olmasına çalışın. Dəyər verdiyiniz insanları anlamağa çalışın. Yeni romantik macəra ola bilər. Qəlbinizə, hisslərinizə inanın.
Qız - yaşam potensialının səviyyəsi yüksəkdir. Enerjiniz çoxdur, ideya qıtlığı yoxdur. Bu səbəbdən də gün uğurlu alınacaq. Etibarlı müttəfiqlər tapsanız, çətin və usandırıcı işi təkbaşına görməyəcəksiniz. Sərfəli anlaşma, yeni müqavilə ola bilər. Sərfəli anlaşmalar, gəlir mənbəyinin dəyişilməsi və möhkəmlənməsi ola bilər.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə mütləq qatılın. Həmin tədbirə getmək istəmirsinizsə, amma getməlisinizsə, ruhdan düşməyin. Hər şey yaxşı olacaq. Səfərlər və gəzintilər uğurlu alınacaq.