...ABŞ-ın hazırkı prezidenti Cozef Bayden Donald Trampla debata ən yaxşıdan uzaq başladı, lakin sonluq “güclü” oldu.
SİA-nın əldə etdiyi məlumata görə, vitse-prezident Kamala Harris bu barədə CNN müxbirlərinə müsahibəsində bildirib.
…Bu, yavaş bir başlanğıc idi, lakin güclü bitdi.
Bunu da Harris deyib.
ABŞ-ın vitse-prezidenti Baydenin Trampla uğursuz debatından sonra Demokratlar Partiyası sıralarında panika ilə bağlı sualı belə cavablandırıb. Üstəlik, Harris etiraf edib ki, siyasətçilər arasında ziddiyyət təəccüblü idi - prezident buna baxmayaraq, öz dəmir iradəsini nümayiş etdirib(?).
Harris, bütün bunlara baxmayaraq,Baydenin qarşıdan gələn prezident seçkilərində iştirakdan öz namizədliyini geri götürməyəcəyini də bildirib.
Xatırladaqki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
Artıq ilkin səsvermədə əsas rəqiblər kifayət qədər səs toplayıb və demək olar ki, bütün digər namizədlər könüllü olaraq yarışdan çıxıblar.
Əli Babayev