29 iyun-03 iyul 2024-cü il tarixində Rumıniyanın paytaxtı Buxarestdə ATƏT PA-nın 31-ci İllik Sessiyası keçirildi. Sessiyanın dəyərləndirilməsi üçün millət vəkili, ATƏT PA-nın komitə sədri Azay Quliyevlə söhbətləşdik.
-Azay müəllim, ATƏT PA-nın 31-ci İllik Sessiyası Azərbaycan üçün nə ilə yekunlaşdı?
- Nəzərə çatdırım ki, illik sessiyada Azərbaycan Nümayəndə Heyəti tərəfindən qaldırılan məsələlər aşağıdakılar oldu:
1) 300 mindən çox Qərbi Azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz tarixi torpaqları olan indiki Ermənistana qayıtmasının təmini üçün beynəlxalq mexanizmin yaradılmalı, Ermənistan hökuməti beynəlxalq humanitar və insan hüquqları qanunlarına uyğun olaraq Ermənistandan qovulmuş soydaşlarımızın geri qayıtması və beynəlxalq konvensiyalarla qorunan hüquqlarının həyata keçirilməsinə şərait yaratmalıdır.
2) Azərbaycan hökumətinin bütün səylərinə baxmayaraq, 30 illik şğalı zamanı Ermənistan tərəfindən şəhər və kəndlərimizin tamamilə dağıdılması və minalanması səbəbindən hələ də 700 mindən çox azərbaycanlının öz evlərinə qayıda bilməməsi faktını ATƏT PA-nın sənəd və qətnamələrində əks olunmasının vacibliyi və Azərbaycana müvafiq dəstəyin göstərilməsi.
3) Ermənistanın konstitusiyası və hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarının hələ də qüvvədə qalması regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir. Azərbaycanın haqlı tələblərinə uyğun olaraq Ermənistan tərəfindən bu qanunsuz iddiaların indiyə qədər aradan qadırılmaması sülh müqaviləsinin imzalanması üçün ən böyük əngəldir və buna görə Ermənistan konstitusiyasından bu müddəalar tezliklə çıxarlımalıdır.
4) ATƏT-in Minsk Qrupu, ATƏT-in fəaliyyətdə olan sədrliyinin şəxsi nümayəndəsi vəzifəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu münaqişədən sonrakı reallığa qətiyyən uyğun deyil, tamamilə əhəmiyyətsiz və qeyri-funksionaldır. Ona görə də bu cür mənasız qurumların saxlanılmasına ildə 2 milyon avronun ayrılması ciddi suallar doğurur və ATƏT-in bu qurumları tezliklə ləğv olunmalıdır.
5) Azərbaycanın cari ilin noyabr ayında COP-29 kimi mötəbər beynəlxal tədbirə ev sahibliyi edəcəyi xatırladılıd və Azərbaycanın dünya ölkələrinin fərqli yanaşmaları və mübahisələri kənara qoyub planetimizin xilası naminə birləşməsi və iqlim dəyişikliyi ilə mübarizəni daha təsirli etməsi üçün var gücü ilə çalışdığı diqqətə çatdırıldı. ATƏT PA üzvləri bu mübarizədə yaxından iştirak etmək üçün Bakıya dəvət edildi.
- Azərbaycan nümayəndə heyətinin ATƏT PA-nın institutları və strukturlarında təmsilçiliyi nə qazandırır və qiymətləndirməniz necədir?
- Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə təsis olunan və 27 ölkəni özündə birləşdirən ATƏT PA-nın İpək Yolu Qrupunun iyulun 1-də iclası keçirildi. İclas “Dayanıqlı nəqliyyatın əlaqələndirməsi və yaşıl enerji keçidinin sürətləndirilməsi” mövzusuna həsr edildi. İclasda Azərbaycanın Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi ilə bağlı planları, Orda nəqliyyat dəhlizinin genişlənməsi üçün Zəngəzur dəhlizinin əhəməyyəti diqqətə çatdırıldı və ölkəmizin qlobal iqlim problemlərinin həlli istiqamətində gördüyü mühim işlər barədə məlumat verildi.
Rumıniyanın Parlamentinin vitse-spikeri və ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Dan Barna, Rumıniyanın enerji nazirinin müavni Dan Dragan, ATƏT PA-nın prezidenti Pia Kauma və Baş katibi Roberto Montella, ATƏT-in İqtisadi və ətraf mühit işləri üzrə koordinatoru, səfir Bakıt Yusupov, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev və başqalarının tədbirdə iştirakı və Azərbaycanın nəqliyyat bağlantısı və yaşıl enerjiyə keçid mövzusunda aparıcı rol oynağını vurğulamaları ölkəmizin beynəlxalq paltformalarda əldə etdiyi yüksək etimatdan xəbər verir.
ATƏT PA-nın 31-ci İllik Sessiyası çərçivəsində ATƏT PA-nın İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf mühit Baş Komitəsinin rəhbərliyinə seçkilər keçirildi. ATƏT PA-nın siyasi qruplarının və Komitə üzvlərinin yekdil qərarı ilə Azərbaycan nümayəndə heyətinin rəhbəri yenidən Komitənin sədri vəzifəsinə seçildi. Bu faktın özü bir daha onu sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin nüfuzu hər keçən il daha da artır və ona olan inam və etimad daha da möhkəmlənir.
- Səhv etmiriksə, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ATƏT PA-dakı nümayəndə heyətləri ilk dəfə Buxarestdə bir araya gəldilər.
-Bəli. Sessiyanın ən uğurlu nəticələrindən biri də o oldu ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ATƏT PA-dakı nümayəndə heyətləri ilk dəfə Buxarestdə bir araya gələrək fəaliyyətimizn uğurlu koordinasiyası üçün çevik kommunikasiya mexanizmi yaratdıq. Bu mexanizm imkan verəcək ki, Türk Dövlətləri Liderlərinin birlik, bərabərlik və əməkdaşlıq baxışlarına uyğun olaraq Türk Dövlətlərinin ATƏT PA-da fəaliyyətini daha səmərəli quraq və qurumda hamının hesablaşacağı güc mərkəzi kimi çıxış etməsini təmin edək.
-ATƏT PA-nın 31-ci İllik Sessiyasının qəbul etdiyi Buxarest Bəyannaməsində Azərbaycana münasibətdə nələr var? Milli maraqlarının qorunması və əleyhimizə hər hansı qərarın qəbul edilməməsi baxımından sənəd qənaətbəxşdirmi?
-Hər il ATƏT PA özünün yay sessiyasında ATƏT ərazisində və bütövlükdə, dünyada baş verən mühüm siyasi, təhlükəsizlik, iqtisadi, ekoloji, insan hüquqları və humanitar məsələlərlə bağlı il ərzində baş verən mühüm hadisələrə dair hər 3 Baş Komitələrdə qətnamələr, Əlavə Bəndlər və bunları özündə əks etdirən yekun Bəyannamə qəbul edir. Bu dəfə də belə oldu.
ATƏT PA-nın 31-ci İllik Sessiyası Buxarest Bəyannaməsini qəbul etdi. Məlumat üçün deyim ki, Komitə Qətnamələrin layihələri ilk növbədə ATƏT PA-nın aprel ayında Kopenhagendə keçirilən Büro iclasında müzakirə olunur, müvafiq irad və təkliflər nəzərə alındıqdan sonra Qətnamə layihələri ATƏT PA üzvlərinə mümkün dəyişiklik üçün göndərilir.
Aprel ayında Büroya təqdim olunan Qətnamə layihələrində Azərbaycanla bağlı olan bəndlərdə qeyd olunan bir sıra mənfi elementlər və çağırışlar çıxarıldı və ölkəmizin maraqlarına zidd olmayan məzmun verildi. Bu məzmunu qorumaq və qarşı tərəfdən əleyhimizə ola biləcək mümkün dəyişikliyin qarşısını almaq məqsədilə tərəfimizdən müəyyən təkliflər (dəyişiklər) irəli sürüldü və Sessiya zamanı bu yanaşma özünü doğrultdu. Demək olar ki, Qətnamə layihəsinə bizim bir təklifdən başqa heç bir dəyişiklik edilmədi və Buxaraest Bəyannaməsində ölkəmizin milli maraqları təmin olundu.
Xüsusilə, onu da qeyd etmək lazımdır ki, ATƏT PA-nın İllik Sessiyasının Qətnamələri və Bəyannaməsi Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirdiyi uğurlu və möhtəşəm antiterror tədbirilərindən sonra ilk dəfə idiki qəbul edilirdi.
Bu xüsusda aşağıdakıları bildirmək istərdim:
1) Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması və dövlətlərarası münasibətlərin tənzimlənməsi üçün irəli sürdüyü 5 təməl prinsip- ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının dəstəklənməsi, gücdən istifadə edilməməsi, bir-birinin daxili işlərinə müdaxilə edilməməsi, yaxşı qonşuluq münasibətlərinin qurulması əsasında Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasının vacibliyi ATƏT PA-nın Bəyannaməsində əksini tapdı və dəstəkləndi;
2) Bəyannamədə Ermənistan və Azərbaycan arasında etimad quruculuğu istiqamətində atılan addımlar, sərhədlərin delimitasiyası üzrə yaradılmış ilitərəfli komissyanın fəaliyyəti qeyd olundu;
3) ATƏT PA-nın Buxaraest Bəyannaməsində Ermənistan və Azərbaycanın bütün münaqişə dövründə beynəlxal humanitar və insan hüquqları qanunları istiqamətində baş vermiş pozuntuların səmərəli araşdırması üçün fəailəyyətlərinin davam etdirilməsi bildirildi;
4) ATƏT PA-nın Buxaraest Bəyannaməsində məcburi köçkünlərin geri qaytarılması, o cümlədən Qarabağ ermənilərinin könüllü şəkildə reinteqrasiyası, onalrın təhlükəsizliyi üçün münbit şəraitin yaradılması, mülklərinin qorunması istiqamətində Azərbaycan hökumətinin atdığı addımlar alqışlandı;
5) ATƏT PA-nın Buxarest Bəyannaməsi dövlətlərarası münasibətlərin normallaşma prosesinin başqa platformalarda deyil, ikitərəfli formatda, yəni Ermənistanla və Azərbaycan arasında aparılan ikitərəli və birbaşa danışıqlar formatında daha faydalı olduğunu və müsbət nəticələr verdiyini etiraf etdi.
Göründüyü kimi, ATƏT PA-nın Bəyannaməsində ermənilərin və onların havadarlarının uzun müddət manipulyasiya etdiyi “etnik təmizləmə” “soqyqırımı”, “humanitar fəlakət” “ermənilərin qeyd-şərtsiz geri qaytarılması”, “bunun üçün beynəlxalq mexanizmlərin yaradılması”, “Minsk qrupu”, “Dağlıq Qarabağ” kimi əsassız fikirlər və ya istinadların heç biri yer almadı. Başqa sözlə desək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin haqlı olaraq irəli sürdüyü tezislər və müəyyən etdiyi qırmızı xətt ATƏT PA tərəfindən qəbul edildi.
Bu faktın özü bir daha onu sübut etid ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən əsasən, qərb təsisatı hesab olunan ATƏT PA Azərbaycanın yaratdığı yeni reallıqları tam qəbul edir və nəzərə alır. ATƏT PA-nın bu yanaşması Azərbaycan Prezidentinin və xarici diplomatiyamızın əldə etdiyi növbəti uğur hesab etmək olar.
Musavat.com