EN

Qusarımızı qarış-qarış gəzirəm… Sizinlə gələcəyimizi uğurlu edəcəyik!-Fotolar-Video

Xəbər verdiyimiz kimi, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində 61 saylı  Qusar seçki dairəsindən deputatlığa namizəd Rəşad Aslanovun təbliğat-təşviqat kampaniyası davam edir.

XALQ.AZ məlumat verir ki, 61 saylı Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Rəşad Aslanov avqustun 22-də Qusar rayonu Urva, Kuzun, Laza, Zindanmuruq kəndlərində seçicilərlə görüşüb.

Ehtiyatda olan polkovnik Rəşad Aslanovun seçki platforması görüş iştirakçılarının diqqətinə çatdırılıb.  Rəşad Aslanov qeyd edib ki,  Mən sizin qayğılarınızdan xəbərdaram bütün çatışmamazlıqların həlli üçün birlikdə çalışmalıyıq. Biz Qusarımızın daha da inkişaf etdirilməsinə nail olacayıq.  Öncə ki, illərdən yığılıb qalan problemlər zamanla öz həllini tapacaq. Bunun üçün seçkilərdə fəal iştirak etməliyik. Bilirəm siz çatışmamazlıqları bildirirdiniz lakin bu günə qədər bəzi məsələlər öz həllini tapmayıb amma zamanla həll olunacaq. Mən öncə ki, çıxışlarımda da  bildirmişəm burada qeyd edirəm mən Qusarda yaşayıb sizinlə birgə olacağam. Dövlətə-sədaqətlə,Xalqımıza-şərəflə xidmətə davam edəcəyəm. Ali Baş Komandanın əmri ilə dövlətimizə, xalqımıza xidmət edərək yağı düşməni torpaqlarımızdan qovmuşam. Mən zəfər qazanmış şərəfli zabitəm!  Mənə olan etimad zamanla yığılıb qalan və gələcəyin problemlərinin həlli deməkdir. Seçki günü səsvermədə fəal iştirak etməyi və gələcəyimiz üçün doğru seçimi etməyi unutmayın. Birlikdə daha güclü olacayıq!

Kənd ağsaqqalları və gənclər Rəşad Aslanovu millət vəkili görmək istədiklərini bildiriblər, və birlikdə seçkilərdə  ona səs verəcəklərini qeyd ediblər.  Laza kəndində yaşayan  94 yaşlı Nüsrət baba Rəşad Aslanova xeyr-dua verərək həmyerlilərini 1 sentyabrda ona səs verməyə dəvət edib.

Qərargahdan bildirilib ki, görüşlər davam edir.

Qeyd edək ki,ehtiyatda olan polkovnik Aslanov Rəşad Əmirbəy oğlu 1979-cu ildə Qusar şəhərində ziyalı ailəsində anadan olub. 2013-2020-ci illərdə müxtəlif xüsusi təyinatlı hərbi hissələrin komandiri vəzifəsində xidmət edib. 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə tabeliyində olan xüsusi təyinatlı bölmələrə yüksək peşəkarlıqla rəhbərlik edib. Ali Baş Komandan İlham Əliyev tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub. Vətən müharibəsində göstərdiyi şücaətlərə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən “QARABAĞ” ordeni ilə, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2022-ci ildə polkovnik hərbi rütbəsini alıb. Azərbaycan, rus və ingilis dillərini bilir. Vətən Müharibəsində yaralandığına görə ordu sıralarından ehtiyata buraxılıb. Ailəlidir, 2 övladı var.

Chosen
110
5
xalq.az

10Sources