EN

Zəfər partiyası yenə də möhtəşəm qələbə qazanacaq!

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 38 saylı Gəncə birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Naqif Həmzəyevin YAP Gəncə şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yoluna nəzər salıb.

Deputatlığa namizəd Naqif Həmzəyev YAP-ın seçki platforması barədə məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası budəfəki parlament seçkilərinə də böyük uğurlarla gedir: “Yeni Azərbaycan Partiyası bu zamana qədər qatıldığı bütün seçkilərdə qələbə qazanıb. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfələr verəcək”.

Görüşdə tədbir iştirakçılarından Mehman Rzayev, Zabit Xəlilov, Mətanət Nəbizadə və digərləri çıxış edərək seçiciləri sentyabrın 1-də keçiriləcək parlament seçkilərində fəal olmağa və YAP-ın namizədini dəstəkləməyə çağırıblar. “Şübhə yoxdur ki, Zəfər partiyası yenə də möhtəşəm qələbə qazanacaq”, - deyə vurğulanıb.

Seçicilər də öz növbəsində YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Chosen
157
24
yeniazerbaycan.com

10Sources