EN

YAP yeni dönəmdə də böyük layihələrə imza atacaq

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 96 saylı Goranboy-Naftalan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun Goranboy rayonunda seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşü giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev bildirib ki, Yeni Azərbaycan Partiyası siyasi sistemin aparıcı qüvvəsidir: “Partiyamız hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşır. YAP-ın parlament seçkilərində növbəti dəfə qələbə qazanacağı heç kimdə şübhə doğurmur”. 

Deputatlığa namizəd Bədəl Bədəlov Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərdən bəhs edib. O bildirib ki, YAP şərəfli inkişaf yolu keçərək böyük müvəffəqiyyətlər qazanıb: “Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə layiqli töhfələr verəcəkdir”.

Təşviqat qrupunun üzvləri Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, Yeganə Məmmədova, Dərgah Abbasov, Gündüz Hacıyev və Rauf Yahyayev əminliklə bildiriblər ki, yeni dönəmdə də Yeni Azərbaycan Partiyası böyük və uğurlu layihələrə imza atacaqdır.

Daha sonra deputatlığa namizəd Bədəl Bədəlov Goranboy və Naftalan şəhərlərində, Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində seçicilər ilə fərdi görüşlər keçirib.

Chosen
95
24
yeniazerbaycan.com

10Sources