Bakı. Trend:
İnsanların sentyabrın 1-də növbədənkənar parlament seçkiprosesində iştirakı üçün lazımi şərait yaradıldı, tədbirlərgörüldü. Bu isə seçkilərin legitimliyini və şəffaflığını bir dahasübut edir.
Trend xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatı Başkatibinin müavini Ömər Kocaman növbədənkənar parlament seçkilərininyekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransındadeyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Seçki Kommisiyasımissiyasına üzv dövlətlərin Mərkəzi Seçki Kommisiyasınınnümayəndələri daxildir.
“Missiya öz fəaliyyətini seçkilərin keçirilməsinə dairbeynəlxalq standarlara uyğun həyata keçirib. Seçki günündə TDTnümayəndə heyəti Bakı şəhəri Xətai rayonunda seçki məntəqəsininaçılışında iştirak etdi. Missiya ümumilikdə 36 seçki məntəqəsiniziyarət edib.
Müşahidəmiz zamanı seçki prosesində hər hansı neqativ hal qeydəalınmadı. İnsanların seçki prosesində iştirakı üçün lazımi şəraityaradılıb, tədbirlər görülüb. Bu isə seçkilərin legitimliyini vəşəffaflığını bir daha sübut edir. Səslərin sayılması və elanolunması vaxtında həyata keçirildi.
Missiya seçkilərin nəticələrinə təsir edəcək neqativ hallarastlaşmayıb. Seçki məntəqələri yaxınlığında hər hansı kampaniyaaparılması müşahidə edilmədi. Seçki bülletenləri qanunlara uyğunşəkildə hazırlanıb. Seçkilərin mediada işıqlandırılması onunşəffaflığına töhfə verən amildir.
TDT seçki müşahidə missiyası seçkilərin açıq və şəffaf,beynəlxalq seçki standarlarına uyğun həyata keçirildiyini təsdiqedir”, - deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənarparlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdimedib.
Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydəalınıb. Onlardan 65 mindən çoxu siyasi partiyalarınnümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlamentseçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanınnümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasınabaxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəlisürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyətivar.