EN

Bakı ilə İrəvan arasında ciddi razılaşmalar var: Hərbi eskalasiya təhlükəsi tam aradan qalxdımı?

"Ermənistan Azərbaycana 10- cu sülh təkliflər paketini təqdim edib. Tərəflər arasında danışıqlar gedir və müsbət istiqamətdə irəliləyişə nail olunub. Ermənistan Baş naziri Nikol Paşinyan 17 maddəlik bəndin 13-nün razılaşdırıldığını qeyd edib. Həmçinin Sənədin bəyannamə hissəsi də razılaşdırılıb. Sərhəd komissiyasının nizamnaməsi qəbul edilərək, Avropa Birliyinin mülki missiyasının sərhəddə yaxınlaşmaması ilə bağlı ikitərəfli razılıq əldə edilib".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, N. Paşinyan sərhəddə prezident İlham Əliyevlə görüşə də razıdır: "Qeyd edim ki, ikitərəfli danışıqlar və sərhəddə görüş Azərbaycanın təklifidir və Ermənistan tərəfi bu şərtlə razıdır. Ermənistan iki ildən sonra konstitusiya islahatlarına gedəcəyini elan edib. Azərbaycan və Türkiyə qarşı ərazi iddialarının Ermənistan konustitusiyadan çıxarılması reallaşacaq. Hazırda İrəvan tərəfi silahlanır. Amma, bunun hərbi eskalasiyaya gətirib çıxaracağını istisna edirəm. Çünki danışıqlar gedir və ikitərəfli razılıqlar var".

M.Əsədullazadə vurğulayıb ki, Rusiya Azərbaycanı Ermənistana qarşı təzyiqlərə sövq etməyə çalışır: "Zəngəzur dəhlizinin sülh şərtlərinə daxil edilməsini və hərbi təzyiqlərə əl atılmasını Bakıdan arzulayır. Amma, rəsmi Bakı buna getməyəcək. Fransa da hərbi eskalasiyada maraqlıdır. Ermənistan hakimiyyəti Fransanın diktəsi ilə danışıqları pozarsa, hərbi təxribatlara gedərs, itirən tərəf İrəvan olacaq. Ona görə də hərbi eskalasiya mürəkkəbdir və N. Paşinyanın bunun nəticələrini Ermənistan üçün arzuolunan səviyyədə olmayacağını bilir".

Ermənistan və Azərbaycan arasında yeni bir çərçivə sazişinin imzalanması mümkündür. Bakı və Yerevan arasında çox ciddi razılaşmalar mövcuddur.

Chosen
123
50
sitat.info

10Sources