Bakı. Trend:
Moskva-İstanbul marşrutu üzrə PC389 reysini həyata keçirənAirbus A320 təyyarəsi təcili olaraq Varşava hava limanına enişedib.
Trend-in məlumatına görə, bu barədə “Flightradar24” xidmətixəbər yayıb. Bildirilib ki, təyyarə Türkiyənin “Pegasus”aviaşirkətinə məxsusdur. Sentyabrın 8-də Bakı vaxtı ilə saat20:58-də Vnukovo hava limanından havaya qalxan təyyarə, Bakı vaxtıilə saat 22:57-də Varşavadakı Frederik Şopen Beynəlxalq HavaLimanına planlaşdırılmamış eniş edib.
Təhlükəsizlik səbəbindən təcili enişin detalları hələaçıqlanmayıb.