Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin şəxsi heyətinin sayını 2 milyon 389 min nəfərə, o cümlədən 1,5 milyon hərbi qulluqçuya çatdıran fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, sənəd hüquqi aktlar portalında dərc olunub və dekabrın 1-dən qüvvəyə minir.
Ümumilikdə hərbi qulluqçuların sayı 180 min nəfər artır.
Ruisya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı sonuncu dəfə 2023-cü ilin dekabrında 170 min nəfər artaraq 2209130 nəfərə, o cümlədən 1320000 hərbi qulluqçuya çatdırılıb.
Nizami Bağırov