EN

Basketbol: Çempion yeni mövsümə qələbə ilə başladı

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 1-ci turunun qarşılaşmalarına yekun vurulub.

Arena.az xəbər verir ki, yeni mövsümün ilk turunun üçüncü oyun günündə üç görüş baş tutub.

A qrupunda günün yeganə oyunu son çempionun iştirakı ilə keçirilib. “Sabah” “Sərhədçi”ni sınağa çəkib və çətinlik çəkmədən qələbə qazanıb.

Digər qarşılaşmalar B qrupunda təşkil olunub. “Şəki” “Quba”nı, “Sumqayıt” isə “Ordu”nu məğlub edib.

Qeyd edək ki, 2-ci turun matçları oktyabrın 22-dən 27-dək keçiriləcək.

Reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Azərbaycan Basketbol Liqası
1-ci tur
20 oktyabr

A qrupu

“Sabah” – “Sərhədçi” 80:53 (24:14, 20:15, 16:11, 20:13)
Bakı İdman Sarayı.

B qrupu

“Şəki” – “Quba” 90:83 (23:18, 27:20, 13:15, 27:30)
Şəki Olimpiya İdman Kompleksi.

“Sumqayıt” – “Ordu” 89:103 (26:24, 19:29, 23:24, 12:26)
Sumqayıt Olimpiya İdman Kompleksi.

Chosen
47
3
arena.az

10Sources