Bakı. Trend:
Yəməndəki Ənsar Allah hərəkatının husiləri "Fələstin və Livanxalqlarının zülm üzərində qələbəsi simvolu" olaraq Qırmızı və Ərəbdənizlərində üç mülki gəmiyə hücum həyata keçirib.
Trend-in "AlMasirah" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədəhusilərin hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib.
Səriyanın sözlərinə görə, hücumlar zamanı husilər cənubdayerləşən Ərəbistan dənizində SC Montreal və Maersk Kowloongəmilərini hədəf almaq üçün pilotsuz uçuş aparatlarından istifadəedib. Həmçinin Qırmızı dənizdə yerləşən Motaro gəmisinə və Babəl-Məndəb boğazına ballistik raketlər atılıb.