EN

Ölümcül McDonald's epidemiyasının səbəbi məlum oldu

ABŞ səhiyyə rəsmiləri 90 nəfərin xəstələnməsinə səbəb olan E. coli epidemiyasının mənbəyinin McDonald's restoranlarında istifadə edilən doğranmış baş soğan olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) "McDonald's Quarter Pounder və bəzi digər menyularda istifadə edilən təzə doğranmış soğan bu epidemiyanın ehtimal mənbəyidir" dedi.

Sözügedən soğanların Taylor Farms tərəfindən tədarük edildiyi və şirkət tərəfindən könüllü olaraq geri çağırıldığı bildirilib.

McDonald's da bu soğanları menyularından çıxarıb.

Epidemiya səbəbiylə ABŞ-ın 12 ştatında restoranlarda müvəqqəti olaraq menyudan çıxarılan bu hamburgerlərə görə Koloradoda 90 nəfər xəstələnib, 27 nəfər xəstəxanaya yerləşdirilib, bir qoca isə dünyasını dəyişib.

McDonald's bazar günü E. coli testinin nəticələri mənfi çıxdıqdan sonra Quarter Pounder satışlarına yenidən başlayacağını açıqlanıb.

E. coli bakteriyası üç-dörd gün davam edə bilən mədə krampları, ishal və qusmaya səbəb olur. Əksər insanlar müalicəyə ehtiyac duymadan sağalsalar da, bəzi xəstələrdə ağırlaşmalar yarana bilər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
7
8
turkustan.az

10Sources