EN

Tramp bahalı neft erasını bitirəcək - Dünyanı nə gözləyir?

ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsi “respublikaçıların hakimiyyətdə olduğu bütün dövrlərdə enerji bazarlarında ucuzlaşmalar baş verib” qənaətini yenidən gündəmə gətirib.

Bəs reallıqda vəziyyət necədir?

Modern.az-ın məlumatına görə, iqtisadçı ekspert Rövşən Ağayev bu qənaətin faktlara söykəndiyini deyib. O, Dünya Bankının əmtəə qiymətləri bazasından əldə edilən rəqəmləri diqqətə çatdırıb:
 

Təxminin son 45 illik dövrdə xam neftin orta illik bazar qiymətləri (Brent və WTI markalı neftin ortalama qiyməti) belə olub:

Demokratların hakmiyyətdə olduğu 1977-81-ci illərdə 12 dollardan 37 dollara qədər sıçrayıb. Xüsusilə də 1978-81-ci illərdə yüksək qiymətlər qalıb;

Respublikaçıların hakmiyyətdə olduğu 1981-93-cü illərdə 37 dollardan 14 dollara qədər ucuzlaşıb.
1985-1989-cu illərdə qiymətlər davamlı olaraq ucuz qalıb və bu amil SSRİ-nin iqtisadi çöküşündə mühüm rol oynayıb;

Demokratların hakimiyyətdə olduğu 1993-2001-ci illərdə yenidən bahalanma başlayıb və 16-28 dollar intervalında hərəkət edib;

Respublikaçıların hakimiyyətdə olduğu 2001-2009-cu illərdə neft kəskin bahalaşıb və 24-110 dollar aralığında dəyişib. Oğul Buşun dövrü sələflərindən fərqli olub və çox bahalı neft dövrü kimi yadda qalıb. Məhz tarixində ən yüksək neft qiymətləri (149 dollar) onun hakimiyyəti dövrünə təsadüf edib;

Bu bahalıq demokratların hakmiyyətdə olduğu 2009-2016-cı illərdə də davam edib: qiymətlər 60-110 dollar intervalında dəyişib;

Trampın liderliyi ilə respublikaçıların hakmiyyətdə olduğu 2016-2020-ci illər yenidən ucuzlaşma baş verib və orta illik neft qiyməti 40-68 dollar aralığında dəyişib;

Nəhayət Baydenin (demokratların) hakimiyyətdə olduğu son 4 ildə qiymətlər yenidən bahalaşıb, 70 dollardan 100 dollara qədər yüksəlib. Son 3 ildə isə 80-95 dollar intervalında olub.
 

Ekspert bildirib ki, kiçik Buşun dövrü istisna olmaqla respublikaçıların dövründə qiymətlərin ucuz, demokratların dövründə baha olması faktını rəqəmlər də göstərir.
 

Bütün faktlar Dünya Bankının əmtəə qiymətləri bazasından götürülüb.
 

Bəs qarşıdakı 4 ildə - respublikaçıların hakimiyyəti dövründə neft bazarında nə gözlənilir?

“Əgər Tramp vədinə uyğun olaraq iqlim dəyişikliyi layihələrini arxa plana keçirsə, öz resurslarını maksimum istismar etməyə cəhd göstərsə, ucuzlaşma qaçılmazdır.

Amma hətta Tramp amili olmasa da, dünyada ABŞ-sız belə alternativ enerjiyə sürətli keçid çox yaxın dövrdə bahalı neft erasını bitirəcək.

Sadəcə bu təşəbbüslərin Trampın cəhdləri ilə birləşməsi bazarlarda daha xaotik vəziyyət yarada bilər”, - R.Ağayev deyib.

Chosen
52
50
modern.az

10Sources