EN

Gürcüstan müxalifəti itaətsizlik aksiyaları keçirəcək – 30-dək çadır quraşdırıblar

Gürcüstanın tələbə qrupları Rusiyayönümlü "Gürcü arzusu"nun qələbə qazandığı parlament seçkilərininin nəticələrini qınayan çağırış imzalayıb. Tələbələr ölkənin azadlığı naminə mübarizə aparmağa hazır olduqlarını bildiriblər: "Buz, Gürcüstan vətəndaşları olaraq, demokratik dəyərlərə və dövlət maraqlarına sadiq qalmaqda davam edirik".

Çağırışı azı 13 gürcü universitetinin tələbələri imzalayıb.

Hökumət əleyhinə qüvvələrsə növbəti 24 saat ərzində itaətsizlik kampaniyası keçirəcəklərini deyiblər.

Noyabrın 17-də etirazçılar Tbilisi Dövlət Universitetinin yaxınlığında 30-dək çadır quraşdırıblar. Ölkənin iki müxalifət partiyası – "Dəyişikliklər uğrunda Koalisiya" və "Vahid Milli Hərəkat" "Öz səsini qaytar" adlı etiraz aksiyası keçirəcəyini açıqlayıb. Onlar seçkilərdə 21 faiz səs toplayıb.

Seçkilərdə qələbə qazanmış hakim "Gürcü arzusu"nun sədri İrakli Kobaxidze deyib ki, noyabrın 25-də yeni seçilmiş parlamentin ilk iclası keçiriləcək. O, bütün müxalifətçilərin məğlubiyyətləri ilə barışacağını və yeni parlamentin işinə qatılacağını söyləyib.

Noyabrın 16-da ölkənin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin nəticələrini təsdiqləyib.

“AzPolitika.info”

Chosen
44
32
azpolitika.info

10Sources