EN

BMT-nin baş katibi Suriya ilə bağlı çağırış edib

BMT-nin baş katibi Antonio Quterreş Suriyanın şimal-qərbində hərbi əməliyyatları dərhal dayandırmağa və Dünya Təşkilatının himayəsi altında danışıqlara qayıtmağa çağırıb.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Düjarrikin sözlərinə görə, BMT-nin baş katibi “Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində nəzərdə tutulduğu kimi təcili olaraq siyasi prosesə qayıtmağı tələb edib” və bütün tərəflərə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq çərçivəsində öhdəliklərini xatırladıb.

QAZİLER.AZ

Chosen
23
7
qaziler.az

10Sources