EN

Pasiyentini ömürlük şikəst edən həkim yenidən məhkəməyə müraciət etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şirvan Apellyasiya Məhkəməsində "Bioloji Təbabət" klinikasının Masallı rayonundakı filialının neyrocərrahı Qəhrəman Aydın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, "Bioloji Təbabət" klinikasının neyrocərrahı Qəhrəman Aydının barəsində Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibətinin mühüm zərər vurulmaya səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə bildirilib ki, bel fəqərəsi yırtığından əziyyət çəkən 1970-ci il təvəllüdlü A.Adıgözəlovanın sol ayağı zəif işləyib, sağ ayağında isə problem olmayıb. O, 2023-cü ildə klinikanın Masallı filialında fizioterapevt işləyən Günel Nəsibovanın xidmətindən istifadə edib və özünü yaxşı hiss edib. Lakin daha sonra ağrıları yenidən başladığı üçün klinikaya təkrar üz tutub. Həmin vaxt G.Nəsibova A.Adıgözəlovaya belindəki yırtığın böyüdüyünü bildirərək cərrahi əməliyyat məsləhət görüb.
Bundan sonra pasiyent müayinələrdən keçib və klinikanın cərrahı Qəhrəman Aydın tərəfindən əməliyyat edilib. A.Adıgözəlova narkozdan ayıldıqdan sonra hər iki ayağının fəaliyyətini tam itirdiyi məlum olub. Təyin edilmiş ekspertizadan sonra Q.Aydının cərrahi əməliyyat vaxtı A.Adıgözəlovanın belindəki siniri kəsdiyi məlum olub. Zərərçəkmiş qadın əlil arabasından istifadə etməyə məcbur qalıb.
Məhkəmədə Qəhrəman Aydın ekspertiza rəyi ilə razı olmadığını bildirib. O, A.Adıgözəlovanın müalicəsi və sağalması üçün tibbi üsulların mövcud olduğunu deyib.
Zərərçəkmiş tərəf isə cərrahın onu ömürlük şikəst etdiyini bildirərək cəzalandırılmasını, dəymiş maddi və mənəvi zərərə görə 30 min manat təzminat ödəməsini tələb edib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə Qəhrəman Aydın 1 il müddətə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilib. Ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası verilib. Əlavə olaraq mülki iddia qismən təmin edilib. Cərrahdan 15 226 manat pul tutularaq A.Adıgözəlovaya ödənilməsinə qərar verilib.
Chosen
14
50
oxu.az

10Sources