Rusiya Ukrayna üzrə danışıqlarda bütün vasitəçilik səylərini alqışlamağa hazırdır.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, ötən həftə Astanada mətbuat konfransı zamanı Prezident Vladimir Putin Rusiyanın Ukrayna ilə əvvəllər qeyd etdiyi şərtlərlə danışıqlara hazır olduğunu təsdiqləyib.