EN

Kadırov Maskdan üzr istədi  

Çeçenistan rəhbəri Ramzan Kadırov etiraf edib ki, amerikalı sahibkar İlon Mask ona "Cybertruck" verməyib.


Musavat.com xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında yayımlanan verilişdə dasnılıb.
Kadırov iddia edib ki, sosial şəbəkələr vasitəsilə milyarderlə lağ etməyi xoşlayır:

"O, mənə maşın verməyib, maşın mənim deyildi - mən bunu zarafatla olaraq demişdim".

O həmçinin əlavə edib ki, əgər hər hansı bir şəkildə Maskı incidibsə, üzr istəyir.

Bundan əvvəl Ramzan Kadırov üstünə pulemyot bərkidilmiş "Cybertruck" sürərək, onu Maskın özünə hədiyyəsi kimi təqdim etmişdi. Eyni zamanda qeyd etmişdi ki, "Cybertruck" tezliklə Şimal Hərbi Dairə zonasına göndəriləcək və "orada əsgərlərimizə çoxlu fayda gətirəcək".

Video yayıldıqdan sonra İlon Mask Kadırova "Cybertruck" verdiyi barədə məlumatları təkzib edib.
Chosen
11
50
yenilik.az

10Sources