EN

Gürcüstanı çökdürmək üçün yeni plan

ABŞ dövlət katibi Entoni Blinken ABŞ-nin gürcü xalqına dəstəyi ilə bağlı bəyanatla çıxış edib. 

O, açıqlamasında Gürcüstan xalqının demokratik istəkləri ilə həmrəy olduğunu bildirib və Bidzina İvanişvili hakimiyyətinə qarşı əlavə sanksiyalar elan edib.

Bildirilir ki, Birləşmiş Ştatlar "Gürcü Arzusu"nun ölkə vətəndaşlarına, etirazçılara, media və müxalifət nümayəndələrinə qarşı amansız və əsassız zorakılığını qətiyyətlə pisləyir. Blinken “Gürcü Arzusu”nu repressiyalara, o cümlədən tənqidçiləri susdurmağa yönəlmiş əsassız həbslərə son qoymağa çağırıb və xüsusilə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən vətəndaşların ağır xəsarət alması barədə məlumatlardan narahat olduğunu bildirib. 

“Saxlanılanlar dərhal azad edilməli və güc tətbiqinə görə məsuliyyət daşıyan məmurlar cavab verməlidirlər”, - Blinken belə deyib. Dövlət katibi ABŞ-nin ikitərəfli əməkdaşlığı nəzərdən keçirməklə yanaşı, əlavə sanksiyalar da daxil olmaqla, sərəncamında olan vasitələrdən istifadə edəcəyini vurğulayıb. 

İndi ən çox müzakirə edilən məsələ bu sanksiyaların təsirli olub-olmayacağıdır. Rusiya sanksiya altında, İran sanksiya altında, amma nəticəsi yoxdur. Gürcüstanda sanksiyaların nəticəsi olacaqmı? 

Məsələ ilə bağlı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cümhuriyət” qəzetinə şərhində qeyd edib ki, Qərb Gürcüstanın müstəqil xarici siyasət yürütməsini istəmir: 

“Gürcüstanda çox ciddi proseslər gedir. Ədalət naminə demək lazımdır ki, Gürcüstan həm 2008-ci ildə Rusiya ilə müharibədən, həm də hazırda davam edən Rusiya-Ukrayna müharibəsindən nəticələr çıxarıb. Artıq rəsmi Tiflis ABŞ başqa olmaqla Qərbin biganəliyi və Saakaşvili dövründə Gürcüstana verilən vədlərin boş sözlərdən ibarət dolduğunun fərqindədir. Gürcüstanda hakim partiya - “Gürcü Arzusu” öz xarici siyasətində Azərbaycan modelini tətbiq etmək istəyir. 

Gürcüstan da Azərbaycan kimi həm qonşu ölkələr, həm də regional və beynəlxalq güc mərkəzləri ilə münasibətlər qurmaq niyyətindədir. Bir çoxları deyirlər ki, hakim partiya – “Gürcü Arzusu” rusiyapərəst siyasət yürüdür. Necə ruspərəst ola bilər ki, Tiflis ilə Moskva arasında diplomatik-siyasi münasibətlər bərpa olunmayıb, ikitərəfli münasibətlər arzu olunan səviyyədə deyil? Rusiya Gürcüstanın əraziləri işğal edib və hələ də işğal altında saxlayır. “Gürcü Arzusu” öz müstəqil xarici siyasətini yürütmək, nə Rusiya, nə də Qərbin təsiri altında olmaq istəyir.

Gürcüstan hakimiyyətini bütün tərəflər ilə münasibətləri bərabərhüquqlu şəkildə qurmaq niyyətindədir. Təbii ki, bu, Qərbə sərf etmir. Qərb güc mərkəzləri nəyin bahasına olursa olsun, Gürcüstan və Ermənistanda möhkəmlənmək və hər iki ölkədə geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək istəyirlər. Bu baxımdan, ABŞ və Avropa ölkələri Gürcüstana təzyiqlər edir, hətta təhdid də əl atırlar”. 

O bildirib ki, Qərbin Gürcüstana sərgilədəyi davranış çox ədalətsizdir: 

“Qərb bu yaxınlarda Gürcüstanda demokratik və şəffaf şəkildə keçirilən parlament seçkilərinin nəticələrini tanımaq istəmir. Bəyan edirlər ki, guya seçkilərdə saxtakarlıq olub. Gürcüstan hakimiyyəti də Qərbə ortalığa fakt qoymağa çağırır. Nə qədər gürcü xalqının əsəbləri və ləyaqəti ilə oynamaq olar? Nə qədər Gürcüstan Avropa İttifaqının qapısında gözləməlidir? 

Hadisələrin gedişatı onu göstərir ki, Gürcüstan dövləti, gürcü xalqı iradə və qətiyyən nümayiş etdirib öz müstəqilliyini qoruyacaq, Qərbin ekspansiyasına imkan verməyəcək. Son müşahidələr də onu deməyə əsas verir ki, Tiflisdə etiraz nümayişlərinin miqyası azalmaqdadır. Əgər hadisələr bu istiqamətdə davam edərsə, bir neçə gündən sonra meydanlar tamamilə boş qalacaq”. 

Chosen
35
50
cebheinfo.az

10Sources