EN

Gəncədə 6 qurum CƏRİMƏLƏNƏ BİLƏR

Mərkəzi Bank Gəncə şəhərində yerləşən 6 qurumda nöqsanlar aşkarlayıb.

Modern.az-ın məlumatına görə, qurumlar barəsində protokol tərtib edilib.

“Gəncə-Mənzil-Tikinti” ASC, “Gəncə-Aqrotexnika”ASC, “Gəncə Tikinti və Quraşdırma” ASC, “Gəncə Çörək” ASC, “Gəncə Kənd Nəqliyyat” ASC, “Gəncə Avtomobil Zavodu” ASC İnzibati Xətalar Məcəlləsinin 548.2-ci (Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşlərə Gəncə Şəhər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, sözügedən maddə üzrə hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

Chosen
12
1
modern.az

10Sources