EN

"Suriyanın sabitliyi və təhlükəsizliyi Türkiyənin prioritet məsələsi olmağa davam edəcək", F.Altun

Suriyanın sabitliyi və təhlükəsizliyi Türkiyənin prioritet məsələsi olmağa davam edəcək.

Bunu Fahrettin Altun Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkil etdiyi "Böhran ünsiyyəti seminarı"nın  açılışında etdiyi çıxışda deyib.

Suriyadakı proseslərə toxunan F.Altun 13 ilin sonunda ölkəni 60 ildən çox zülm və qəddarlıqla idarə edən Bəəs hökumətinin devrildiyini və dekabrın 8-dən etibarən Suriyada yeni səhifənin açıldığını bildirib. 

Türkiyənin 13 illik müddətdə Suriya böhranından təsirlənən aparıcı aktorlardan biri olduğunu bildirən Altun bu prosesdə Türkiyənin milli təhlükəsizliyi, siyasəti, iqtisadiyyatı və sosial sülhü ciddi risk və təhdidlərlə üzləşdiyini, lakin buna baxmayaraq Suriya böhranına həll axtarışından heç vaxt vaz keçmədiyini, terror təşkilatlaril ilə tək başına mübarizə apardığını deyib.
Türkiyənin Suriyanın birliyini və ərazi bütövlüyünü dəstəkləyəcəyini vurğulayan Fahrettin Altun çıxışında bunları deyib:

"Suriyada hər zaman həllin, sülhün və ədalətin tərəfində olduğumuz kimi, sülh, azadlıq və ədalətə əsaslanan siyasətimizi davam etdirəcəyik. Bundan sonra da Türkiyə olaraq Suriyanın sabitliyi, təhlükəsizliyi və Suriya xalqının azad iradəsinin təzahürü bizim ən böyük prioritetimizdir”.

Türkiyənin məzlumlar üçün etibarlı sığınacaq olduğunu vurğulayan Fahrettin Altun hökumətin suriyalı qaçqınların vətənlərinə şərəfli, təhlükəsiz, könüllü və nizamlı şəkildə qayıtmaları üçün lazımi addımları atacağını qeyd edib.



Chosen
23
32
trt.net.tr

10Sources