Suriyadakı silahlı müxalifət ölkənin şimal-şərqində yerləşən Deyr əz-Zor şəhərini, o cümlədən onun ətrafında yerləşən Suriya Hərbi Hava Qüvvələrinin aerodromunu tamamilə nəzarətə götürüb.
APA xəbər verir ki, bu barədə müxalif qüvvələrin Hərbi Əməliyyatlar İdarəsi “Telegram” kanalında məlumat yayıb.
“Deyr əz-Zorun şərq və qərb ətrafının azad edilməsindən və rejim qüvvələrinin və İran silahlılarının oradan qaçmasından sonra biz Deyr əz-Zor şəhərinin və onun aerodromunun tamamilə azad edildiyini elan edirik”, - deyə məlumatda bildirilir.