EN

Ukrayna Qroznını VURDU: Kadırov HƏDƏLƏDİ

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya məxsus pilotsuz təyyarənin Daxili İşlər Nazirliyinin kazarmaları üzərində məhv edildiyini açıqlayıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Kadırov özünün Telegram kanalında yazıb.Çeçenistan rəhbəri qeyd edib ki, hadisə dekabrın 12-də saat 00:55-də baş verib. Qarovulda olan döyüşçülər yaralanıb və yüngül xəsarətlər alıblar.Kadırov pilotsuz təyyarənin havada partlaması ilə izah edib. Binanın dam örtüyü zədələnib, pəncərələri sınıb.

O əlavə edib ki, dağıntıların yerə düşməsi nəticəsində yanğın baş verib, yanğın söndürülüb.

Kadırov baş verənlərə görə qisas alacağı ilə hədələyib.

Chosen
13
50
veteninfo.az

10Sources