EN

OPEC 2024-2025-ci illər üçün qlobal neft tələbatı proqnozunu azaldıb

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu aşağı salıb.

Bu barədə Fins.az OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Proqnozlara əsasən:

  • 2025-ci ildə gündəlik neft tələbatı 105,27 milyon barel təşkil edəcək (öncəki proqnoz – 105,57 milyon barel), bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 1,45 milyon barel artım deməkdir.
  • 2024-cü ildə qlobal gündəlik neft tələbatının 103,82 milyon barel olacağı gözlənilir (öncəki proqnoz – 104,03 milyon barel), bu isə 2023-cü ilin göstəricisindən 1,61 milyon barel çoxdur.

Hesabatda həmçinin qeyd olunub:

  • 2023-cü ildə qlobal gündəlik neft tələbatı 102,21 milyon barel olub, bu da illik müqayisədə 2,55 milyon barel artım deməkdir.
  • 2022-ci ildə tələbat 99,66 milyon barel səviyyəsində olub və artım tempi 2,74 milyon barel təşkil edib.

Bu yenilənmiş proqnozlar, qlobal iqtisadiyyat və enerji sektorundakı dəyişikliklərə uyğun olaraq tələbatın artım tempinin nisbətən azaldığını göstərir.

Fuad Mədətov
Fins.az

Chosen
5
7
fins.az

10Sources