EN

ABŞ “Gürcü arzusu”-nun rəhbərlərinə viza qadağası qoydu - Geniş sanksiya paketi hazırlanır...

ABŞ Dövlət Departamenti 20-dək Gürcüstan vətəndaşına "demokratiyanı sarsıtdığı üçün" viza məhdudiyyətləri tətbiq edib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, məhdudiyyətlər "Gürcü arzusu"ndan bəzi parlament üzvlərini, hüquq-mühafizə və güvənlik xidmətləri əməkdaşlarını, onların ailələrini əhatə edəcək.

"Birləşmiş Ştatlar Gürcüstan vətəndaşlarına, o cümlədən etirazçılara, media və müxalifət nümayəndələrinə, insan haqları müdafiəçilərinə qarşı "Gürcü arzusu"nun davam etdirdiyi qəddar və əsassız zorakılığı qətiyyətlə pisləyir", - Dövlət Departamentinin nümayəndəsi Metyu Miller belə deyib.

O əlavə edib ki, ABŞ "Gürcüstanda demokratiyanı sarsıdanları" məsuliyyətə cəlb etmək üçün əlavə tədbirlər, o sıradan sanksiyalar hazırlayır: "Biz gürcüstanlılarla birlikdə güclü, çiçəklənən və demokratik, Avro-Atlantik cəmiyyətlə sıx bütövləşmiş Gürcüstan görmək istəyirik".

Gürcüstan parlamenti "Xarici təsir haqqında" qanunu qəbul edəndən sonra ABŞ ölkəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bugünədək sanksiyalar "Gürcü arzusu" ilə bağlantılı 100-dən çox şəxsi əhatə edib.

Etirazların dağıdılmasına görə Estoniya, Latviya və Litva "Gürcü arzusu"nun təsisçisi Bidzina İvanişviliyə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə sanksiya tətbiq edib. Ukrayna da İvanişvili və daha 18 şəxsə qarşı sanksiyalar qəbul edib. Böyük Britaniya Gürcüstanla bağlı bütün yardım proqramlarını dayandırıb və Gürcüstan hökumətiylə əlaqələrini məhdudlaşdırıb.

ABŞ Maliyyə Nazirliyi də DİN ilə "Alt-İnfo" siyasi qrupunun hər birindən iki üzvünə qarşı sanksiyalar qəbul edib.

“AzPolitika.info”

Chosen
12
50
azpolitika.info

10Sources