EN

Bəşər Əsədin qardaşı haradadır?

Suriya İnsan Haqları Müşahidə Qrupunun direktoru Rami Əbdürrəhman "Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Bəşər Əsədin qardaşı Mahir Əsədin harada olmasından söz açıb. 

Qaynarinfo xəbər verir ki, o, Bəşar Əsədin 57 yaşlı qardaşı və Suriyanın dördüncü diviziyasının komandiri Mahir Əsədin Rusiyada olması ilə bağlı xəbərlərin olduğunu deyib. 

Onun sözlərinə görə, Mahir Əsəd Suriyada tarixi abidələrin oğurlanması, eləcə də narkotik qaçaqmaçılığı ilə bağlı qanunsuz işlərlə məşğul olub. Hazırda isə onun harada olması ilə bağlı çox ehtimal var.

Bəzi ekspertlər bildiriblər ki, Mahir ya Rusiyaya, ya da Livana qaçıb. Bəziləri isə onun Suriyanı tərk etməkdən imtina edərək, hələ də bu ölkədə gizləndiyini vurğulayırlar. 

Aydın
Chosen
4
5
qaynarinfo.az

10Sources