EN

Hakan Fidan: "Bəşər Əsəd Türkiyə tərəfi ilə görüşdən imtina etdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriyanın keçmiş prezidenti Bəşər Əsəd Ankaranın görüş təyin etmək üçün çoxsaylı cəhdlərinə baxmayaraq, Türkiyə nümayəndələri ilə danışıqlardan imtina edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan "Al Arabiya" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkiyə tərəfi İraq da daxil olmaqla üçüncü ölkələri vasitəçi kimi cəlb edərək, dəfələrlə Əsəddən danışıqların aparılmasını istəyib.
"Biz gəlməyə çalışdıq, biz istəyirdik, amma onlar imtina etdilər. Onu demək istəyirəm ki, mən bunu xahiş etdim. O, bütün təklifləri rədd etdi", - deyə diplomat bildirib.
Chosen
14
50
oxu.az

10Sources