EN

"Azərbaycanda media savadlılığı istiqamətində xeyli işlər görülür" - Qulu Məhərrəmli

\"Bu gün media savadlılığı informasiya işi sayəsində əsas trendlərdən biridir. Biz savadlılıq deyəndə adətən insanlar oxumaq, yazmaq qabiliyyətini öyrənmək, tarix, fizika, riyaziyyat, informatika və s. bunları nəzərdə tutur. Bu istiqamət olaraq doğrudur. Amma media savadlılığı deyəndə birinci növbədə kütləvi informasiya vasitələrində mediada yayılan məlumatları qiymətləndirmək səriştəsi nəzərdə tutulur. İnsanların bəlli bir səviyyəsi olmalıdır ki, o mediada yayılan məlumatları qiymətləndirə, dəyərləndirə bilsin. Doğrudur, yalandır, nə məqsədlə yayılır, bunun mənbəyi necədir, nə dərəcədə mötəbərdir və s. Onu görə də media məlumatlarının qiymətləndirilməsi media savadlığının əsas məqsədidir\".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Qulu Məhərrəmli media savadlılığından danışarkən deyib.
 
O, bildirib ki, media savadlılığı həm də jurnalistin davranış tərzini müəyyən edəndir:
 
\"Bu həm də indi geniş yayılmış sosial şəbəkələrdə davranış tərzini müəyyənləşdirəndir. Media savadlığını dərinləşdirməyə ona görə ehtiyac var ki, biz fərdi məlumatlarla, mediaya yayılan məlumatları fərqləndirə bilək. Biri var ki, siz kiməsə mesaj yazırsınız, onu bir nəfər oxuyur. Biri də var ki, sosial şəbəkədə status yazırsınız, onu 5 min nəfər və yaxud 10 min nəfər görür. Ona görə də bunların arasındakı fərqi bilmək, informasiyanın ictimai arenaya çıxışının məsuliyyətini duymaq, ona necə davranmaq, necə yazmaq, necə ötürmək, bunlar hamısı media savadlığının tərkib hissəsidir. Ona görə də indi Avropa ölkələrində, qardaş Türkiyədə media savadlılığı artıq 10 ildir ki, orta məktəblərdə dərs kimi keçilir. İnsanlar mətbuatda yayılan məlumatları dəqiq qiymıətləndirə bilsinlər, özlərinin dünya görüşlərini formalaşdıra bilsinlər. Çünki bu, mümkünsüz olan bir işdir ki, biz media ilə bağlı hər hansı davranışı qiymətləndirə bilməyək. Bu gün çap olunan qərbdəki kitabların əksəriyyəti media savadlılığı məhsuludur\".
 
Əməkdar jurnalist hesab edir ki, Azərbaycanda bu istiqamət üzrə xeyli işlər görülür, treninqlər keçirilir və yazılar yazılır:
 
\"Bununla bağlı treninqlər keçirilir, yazılar yazılır və s. və kütləvi informasiya vasitələrinin özündə savadlılıq məsələsi ayrıca qoyulur. Bura medianın təsirini duymaq və qiymətləndirmək, məqsədyönlü kütləvi kommunikasiya məlumatını araşdıra bilmək, media istehlakçı, böyük bir auditoriya üçün media savadlığının nə olduğunu anlatmaq bunlar çox vacibdir. Ona görə bizdə də bundan bağlı indi artıq həm araşdırma işləri aparılır, həm elmi məqalələr, hətta bununla bağlı dissertasiyalar yazılır. Ona görə indiki həyatımızda bu məsələdən bəhs edilmək çox önəmlidir. Əlbəttə ki, media savadlığının iki aspektindən danışmaq olar. Bunun birincisi, ümumiyyətlə xəbər istehlakçısı, bizim məlumatı yönləndirdiyimiz auditoriyadır. Bu ümumi kütlədir ki, onlar media savadlığının, medianın verdiyi məlumatı dəyərləndirə bilməlidir. İkincisi isə medianın özündə konkret kütlə informasiya vasitəsində media savadlığının tətbiqidir. Bu, birinci ilə bağlı bəzi məsələlərdir.
 
İkincisi jurnalistlərin medianın özündəki media savadlılığı isə bu artıq peşə məsələləri ilə birbaşa bağlıdır ki, biz xəbəri necə yazmalıyıq, xəbərin suallarına dəqiq əməl etməliyik, araşdırma aparırıqsa, mənbələrlə necə işləməliyik, konfliktli məsələlərdən yazırıqsa, tərəflərin hamısının mövqeyini verməliyik və s. və ilaxırı. Birbaşa media peşəkarlığı ilə, jurnalist peşəkarlığı ilə bağlı olan məsələlərdir ki, biz burada həm tələb olunan peşəkarlıq standartlarını, etik qaydaları gözləməliyik, hüquqi aspektləri dəqiq öyrənməliyik və bu nüansların köməkliyi ilə biz materiallarımıza müəyyən bir keyfiyyət aşılamalıyıq. Media savadlılığı bu baxımdan baxbana özündə ehtiva edir\".
 
Mikayıl Mirzəzadə
Chosen
32
30
azxeber.com

10Sources