EN

ABŞ Gürcüstana əlavə sanksiyalar paketi hazırlayır - Dövlət Departamenti

"ABŞ Gürcüstana əlavə sanksiyalar paketi hazırlayır və bunu yaxın həftələrdə açıqlayacağıq".

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

O, bildirib ki, həmin sanksiyalar barədə hazırda daha ətraflı danışa bilməz, lakin Gürcüstan hökumətinə əlavə sanksiyalar olacaq.

"Biz Gürcüstanın demokratiyasının vəziyyətindən, eləcə də hakim “Gürcü Arzusu” partiyasının Gürcüstan demokratiyasını sarsıtmaq məqsədilə atdığı addımlardan narahatıq. Bir neçə gün bundan öncə ölkədə demokratiyanı zəiflətməkdə məsul olan hökumətə yaxın 20 nəfərə yeni viza məhdudiyyəti tətbiq etdik. Yaxın həftələrdə həyata keçirməyə hazır olduğumuz digər tədbirlər də olacaq. Bəyanatda qeyd etdiyimiz kimi, tətbiq edilməsi planlaşdırılan əlavə sanksiyalar hazırlayırıq və bunu yaxın həftələrdə elan edəcəyik. Bu elə bir şey deyil ki, bir gecədə həyata keçirilsin. Əmin olmaq lazımdır ki, hər şey qanun çərçivəsində edilir, və hazırda biz bu istiqamətdə çalışırıq" , - deyə Miller vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
8
50
missiya.az

10Sources