Qrenlandiya satılmır və heç vaxt hərraca çıxarılmayacaq. Bunu Qrenlandiya Milli Şurasının spikeri Mute Egede deyib.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ada üzərində nəzarətin yaradılması zərurəti ilə bağlı bəyanatını şərh edən Qrenlandiyanın baş naziri “azadlıq uğrunda uzun mübarizədə” məğlubiyyətin qəbuledilməz olduğunu bildirib.
“Qrenlandiya bizimdir. Biz satışda deyilik və heç vaxt da satılmayacağıq”, – deyə Egede Reuters-ə verdiyi yazılı şərhdə qeyd edib.
Tramp bundan əvvəl Qrenlandiyaya sahib olmağı Birləşmiş Ştatlar üçün “mütləq zərurət” adlandırmışdı . O qeyd edib ki, milli təhlükəsizliyi təmin etmək üçün adaya nəzarət lazımdır.
DOĞRU.AZ