EN

"Regiona sülhü gətirən Azərbaycandır"- "sülh təşəbbüsü oğrularına" cavab...

Image

Tural İsmayılov: “Prezident İlham Əliyevin bu məsələ ilə bağlı dəqiq və aydın mövqeyi...”

“Biz regiona sülhü artıq gətirmişik. Biz onu müharibə yolu ilə etmişik. Məncə, buna daha geniş diqqət yetirilməlidir. Bu, təkcə Qafqazla bağlı deyil. Sülhə hərbi yolla necə nail olmaq olar, biz bunu nümayiş etdirdik”. Bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda səsləndirib.

İşğal dövründə Minsk qrupunun həmsədrlərindən münaqişənin hərbi yolunun olmaması ilə bağlı vahid mövqe eşitdiyini vurğulayan dövlət başçısı bildirib: “Biz sübut etdik ki, hər üç ölkə yanılırdı. Dövlətçilik tarixlərinə, beynəlxalq təcrübələrinə və onların BMT Təhlükəsizlik Şurasının üzvləri olmalarına baxmayaraq, onlar yanılırdılar. Bu, yanlış qiymətləndirmə idi. Azərbaycana müəyyən bir mesaj idi ki, siz hərbi yola əl atsanız buna müvəffəq olmayacaqsız. Lakin biz bunu sübut etdik ki, bu münaqişənin hərbi yolu var. Bu münaqişə 3 il bundan əvvəl həll edildi”.

Biz regiona sülhü artıq gətirmişik. Bu, dünyaya nə kimi bir mesajdır? Bunun nə kimi əhəmiyyəti var? Bu fikrin arxasında nələr dayanır?

“Bu mesaj eyni zamanda bölgədə sülhün yaranmasına mane olan qüvvələrə yönəlib ki...”

Politoloq Tural İsmayılov “Bakı-Xəbər” şərhində “Azərbaycan daim regional sülhü təşviq edib. Ölkəmiz hətta 30 illik işğal dövründə belə hər zaman regonal sülh məsələsində öz mövqelərini ifadə edib, Amma təəssüflər olsun ki, Azərbaycanın bu mövqeyinə indiyə qədər heç bir dəqiq reaksiya verilməyib, addım atılmayıb, bu da nəticədə Ermənistanın bölgədə gərginlik yaratmasına səbəb olub. Prezident İlham Əliyevin bu məsələ ilə bağlı dəqiq və aydın mövqeyi Azərbaycanın mövqelərinin növbəti dəfə dünya ictimaiyyətinə bəlli olmasına səbəb oldu.  Prezident Əliyev həm də dünyaya göstərdi ki, Azərbaycanın sülhdən başqa heç bir niyyəti  yoxdur”-deyə bildirdi. 

T.İsmayılovun sözlərinə görə, Prezident Əliyevin bu mesajı bölgədə sülhün yaranmasına mane olan qüvvələrə tutarlı çağırışdır ki, heç kəs regionda sühün bərqərar olmasına mane ola bilməz. Azərbaycan ancaq regional sülhü təşviq edir, sülh prosesinin uğurla həyata keçirilməsi üçün əlindən gələn addımları atır. “Bu bəyanat həm də bütün dünyaya real sülhpərvərin kim olduğunu göstərir. Bu  da indiki dövrdə  bizim dövlətimizin mövqelərinin ifadə edilməsi baxımından çox vacibdir. Bu mesajın çox vacib əhəmiyyəti var. Bu mesaj eyni zamanda bölgədə sülhün yaranmasına mane olan qüvvələrə yönəlib ki, sizin heç bir təxribatınız sülhün bərqərar olmasının qarşısını ala bilməz” - deyə T.İsmayılov vurğuladı. 

İradə SARIYEVA





Chosen
146
49
baki-xeber.com

10Sources