EN

Seyran Ohanyan: Qarabağ məsələsinin bağlandığını düşünənlər erməni deyil

Ermənistanda hələdə Qarabağ məsələsinin bağlanmadığı qənaətindədirlər və bəzi revanşist qüvvələr erməni cəmiyyətini yenidən mübarizəyə səsləyir. 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan 3 il əvvəlki məğlubiyyətin nəticələrindən dərs çıxartmayıb. İndi erməni cəmiyyətində bağlanan səhifəni yenidən varaqlamaq arzusuna düşüblər.

KONKRET.az xəbər verir ki, Azərbaycan torpaqlarının işğalında xüsusi rolu olan, Xocalı soyqırımının təşkilatçılarından biri Seyran Ohanyan da erməni xalqını yeni mübarizəyə səsləyir.

Parlamentdə “Ermənistan” fraksiyasına rəhbərlik edən Ohanyanın fikrincə, akimiyyətin Qarabağın gələcəyi ilə bağlı hər hansı plan və ya strategiyanın olmaması Qarabağdan birdəfəlik imtina deməkdir: “Hər bir erməni dərk edir ki, Qarabağ məsələsi bağlanmayıb. Belə düşünənlər erməni deyil və yalnız erməni olmayanlar bunun üçün sərf olunan vaxtı və resursları mənasız hesab edə bilər”.

Onun fikrincə, mübarizə davam etdirilməlidir: ” Münaqişə hələ bitməyib. Bu gün bütün institutlar öz subyektivliyini qorumaq üçün hərəkət etməlidir. Xalqın taleyinin həlli və xalqın qayıdışı şərt kimi beynəlxalq platformada müzakirəyə çıxarılmalıdır”.

Ohanyan qeyd edib ki, Ermənistan hökuməti hər hansı strategiyadan imtina edərsə Qarabağ əhalisi buna etirazını bildirəcək.

Vəli Həsənov,

KONKRET.az

Chosen
334
50
konkret.az

10Sources