Azərbaycanın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının elektrik enerjisinə olan tələbatının alternativ enerji mənbələri hesabına tam təmin edilməsi hədəflənir.
Bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov "Ölkə.Az"ın sənaye zonalarında bərpaolunan enerjinin tətbiqi ilə bağll sualını cavablandırarkən deyib.
O bildirib ki, Sumqayıt Kimya Sənaye Parkında elektrikli avtobusların istehsalı layihəsinin həyata keçirilməsi də gələcək planlar arasındadır:
"Bu cür avtobusların istehsal edilməsi ölkədə karbon qazı emissiyasının daha yaxşı idarə olunmasına gətirib çıxaracaq. Bununla yanaşı alternativ enerji texnologiyasının ölkəyə transferinə təkan verəcək. Bu hədəfin gələcəkdə digər sənaye zonalarında da, əsasən də Qarabağda fəaliyyət göstərən sənaye parklarında tətbiq edilməsi nəzərdə tutulub".
"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hazırda mobil şəhərcik (sosial zona) hissəsi günəş panellərindən istifadə edilməklə işıqlandırılır, sənaye parklarının rezidentləri tərəfindən istehlak olunan elektrik enerjisinin bir hissəsinin günəş enerjisi hesabına təmin olunması nəzərdə tutulub", - deyə sədr əlavə edib.
Könül
Ölkə.az