EN

Rəfah vuruldu: Xeyli sayda ölən var

İsrailin Rəfəhdə yaşayış binasına endirdiyi hava zərbəsi nəticəsində 9 nəfər ölüb, 30 nəfər yaralanıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə şəhərdəki Əl-Küveyt xəstəxanasının direktoru məlumat verib.

 

Qurbanların əksəriyyəti uşaqlar və qadınlardır.

 

Əl Küveyt Xəstəxanasının tibb işçiləri onların hamısına kömək edə bilmir, buna görə də yaralılar artıq dolu olan və hətta dəhlizlərdə belə yer olmayan şərq Xan Yunisdəki Avropa Xəstəxanasına göndəriləcəklər.

Xəstəxana direktorunun sözlərinə görə, hücum xəbərdarlıq edilmədən keçirilib və buna görə də çoxlu sayda insan tələfatı ilə nəticələnib.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Rafahda fəaliyyət planını təsdiq üçün kabinetə təqdim edib.

 

Miri

 

Chosen
303
50
oxu24.com

10Sources