EN

Baş katib: Ukraynanın NATO tərəfdaşlarına inamı silah tədarükündəki fasilələrə görə sarsılıb

Silah tədarükündə yaranmış fasilələr Ukraynanın Qərb tərəfdaşlarına inamını sarsıdıb.
 
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevə bir günlük səfərindən sonra “Reuters”ə açıqlamasında deyib.
 
O, NATO müttəfiqlərinin uğursuzluğuna misal olaraq Ukraynaya yeni Amerika yardım proqramının qəbulunun altı aydan çox gecikməsini və Avropanın artıq vəd edilmiş 1 milyon artilleriya mərmisini çatdırmamasını göstərib.
 
Stoltenberq qeyd edib ki, bu gecikmələr Ukraynadakı döyüş meydanına ciddi təsir edib və sonda Rusiya üstünlüyü əldə edib və Ukrayna Silahlı Qüvvələri müdafiəyə keçmək məcburiyyətində qalıb.
 
“Əlbəttə ki, söz verdiyimiz şeyi yerinə yetirməməyimiz etimadı sarsıdır”, – Stoltenberq deyib, lakin əlavə edib ki, Kiyev hələ də müttəfiqlərinə inanır.
 
Stoltenberqin sözlərinə görə, bu cür çatışmazlıqlar Kiyevə beynəlxalq hərbi yardımın koordinasiyasına yenidən baxmağın vaxtının yetişdiyini göstərir.
 
“Bizə proqnozlaşdırıla bilənliyi təmin etmək, daha çox hesabatlılığı və yükün bölüşdürülməsini təmin etmək məqsədilə dəstəyimiz üçün daha möhkəm, institusional çərçivəyə ehtiyacımız var”, – Baş katib bildirib.
Chosen
208
50
moderator.az

10Sources