İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian Türkiyənin İsraillə ixrac-idxal əməliyyatlarını dayandırmaq qərarını “yüksək qiymətləndirib”.
Oxu24.com xəbər verir ki, İran mətbuatı yazır ki, o, bunu Qambiyada keçirilən İslam Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündə deyib.
Abdollahian Türkiyə hökumətinin son qərarını “son dərəcə vacib” adlandırıb.
O, həmçinin İslam ölkələrinin, xüsusilə də İran və Türkiyənin Fələstin məsələsinə dəstəkdə daha güclü və fəal rol oynamasının vacibliyini xatırladıb.
Mayın 3-də Türkiyənin Ticarət Nazirliyi ölkənin İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırdığını açıqlayıb.
Agentlik bildirib ki, məhdudlaşdırıcı tədbirlər İsrail Qəzzada atəşkəs elan edənə və anklava “fasiləsiz və kifayət qədər humanitar yardım axınını” təmin edənə qədər davam edəcək.
Miri