EN

Gürcüstan: Prezident hökumətdən etirazçılara qarşı “repressiya və zorakılığa əl atmağa cəsarət etməməyi” tələb etdi...

Prezident Salome Zurabişvili öz növbəsində hökumətin təxribatlar planlaşdırdığını bildirib...
 
Gürcüstan parlamentinin işə başlamasına 4 saat qalmış polis Rustaveli prospektində xarici agentlər haqqında qanuna qarşı keçirilən mitinqi dağıtmağa hazırlaşmağa başlayıb. Xüsusi təyinatlılar və xüsusi texnika yüksək hazırlıq vəziyyətinə gətirilib. Onlar Azadlıq meydanı tərəfdən qanunverici orqana doğru irəliləyiblər. Xüsusi texnikanın qaçılmaz istifadəsi ilə bağlı heç bir xəbərdarlıq edilməyib.
 
Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında "Newsgeorgia" (Gürcüstan xəbərləri") nəşri məlumat yayıb.
 
Bir gün əvvəl saat 22:00-da başlayan etiraz aksiyası dinc xarakter daşıyır. Nümayişçilərin toplanmasının başlanmasından keçən 8 saat ərzində heç bir insident qeydə alınmayıb. Etirazçılar – əsasən tələbələr – mahnı oxuyur, rəqs edir, notlar yazırdılar.
 
Etirazçılar səhərədək parlament önündə qalmağa qərar veriblər. Onlar özləri ilə su, qida, isti geyim və s. götürüblər...
 
Saat 9-a parlamentin hüquq komitəsinin iclası təyin edilib. Deputatlar üçüncü yekun oxunuşda xarici agentlər haqqında qanun layihəsinin müzakirəsinə başlamalıdırlar. Mayın 14-də keçiriləcək plenar iclasda layihə  səsverməyə çıxarılacaq.
 
Mayın 12-də Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransı keçirərək bəyan edib ki, hakimiyyətin gözlənilən iğtişaşlarla bağlı “etibarlı məlumatı” var. Onların “gənclər qrupları və xaricdən maliyyələşən radikal müxalifət” tərəfindən təşkil edildiyi iddia edilir.
 
Prezident Salome Zurabişvili isə öz növbəsində hökumətin təxribatlar planlaşdırdığını bildirib. O, etirazçıları diqqətli olmağa çağırıb. Prezident hakimiyyətdən “repressiya və zorakılığa əl atmağa cəsarət etməməyi” tələb edib.
Chosen
402
50
moderator.az

10Sources