Azərbaycan Silahlı Qüvvələrinin 19 kursantı Ankarada Jandarm Logistika Akademiyası Komandanlığının kurslarını müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar.
Bu barədə “İki sahil” ə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Bildirilib ki, Ankarada Jandarm Logistika Akademiyası Komandanlığında Təməl Kurslar Diplom Mərasimi təşkil olunub:
"Türkiyənin daxili işlər nazirinin müavini Məhmət Aktaş və Jandarm Qüvvələri komandanı Ordu generalı Arif Çətinin də iştirak etdiyi tədbirdə Azərbaycan Silahlı Qüvvələrindən 19 nəfər də 8 aylıq kursları müvəffəqiyyətlə tamamlayaraq diplomlarını alıblar.
Həmin kursantların diplomlarını Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov təqdim edib.
Səfir məzun olan kursantları təbrik edərək onlara uğurlar diləyib".