EN

“Bakı Sığorta”nın topladığı sığorta haqqları 42 % azalıb

“Bakı Sığorta” 2024-cü ilin yanvar-aprel aylarında 726 min manat sığorta ödənişi edib.

Bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 16,1 %, yaxud da 139 min manat azdır.

2023-cü ilin müvafiq dövründə “Bakı Sığorta” 865 min manat sığorta ödənişi edib.

“Bakı Sığorta” 2024-cü ilin yanvar-aprel aylarında 1 milyon 89 min manat sığorta haqqı toplayıb. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 42,7 %, yaxud da 813 min manat azdır.

2023-cü ilin yanvar-aprel aylarında “Bakı Sığorta” 1 milyon 902 min manat sığorta haqqı toplayıb.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 542,841 milyon manat sığorta haqqı toplanılıb.

 Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26 manat olub.

Nara

Chosen
130
1
valyuta.az

10Sources