Şimali Atlantika Alyansının 13 ölkəsi öz tanklarını Ukrayna Silahlı Qüvvələrinə (AFU) təhvil verməyə razılaşıb.
"Operativ Media" xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.
“Bu koalisiyanı 13 ölkə imzalayıb. Polşa Almaniya və İtaliya ilə birlikdə lider mövqedədir. “Tank koalisiyasına” Yunanıstan, Portuqaliya, İsveç, İngiltərə, Kanada, ABŞ və Türkiyə də daxildir. Ölkələrin əsas ümumi vəzifəsi Kiyevə zirehli texnikanın tədarükü üçün NATO üzvlərinin səylərini birləşdirməkdir", - o bildirib.
Nazirin sözlərinə görə, “koalisiya” artıq Ukrayna Silahlı Qüvvələrinə onlarla tank və yüzlərlə zirehli texnika verilib.