EN

Rusiyanın ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Rusiyanın ali məktəblərində Azərbaycandan 8 minə yaxın tələbə təhsil alır.

“İki sahil” xəbər verir ki, bunu Rusiya Federal Məclisi Federasiya Şurasının birinci vitse-spikeri Andrey Yatskin Rusiya-Azərbaycan Parlamentlərarası Komissiyasının 21-ci iclasında çıxışında bildirib. 

Onun sözlərinə görə, iki ölkə arasında əlaqələrdə digər mühüm məsələ ümumi təhsil, elm və linqvistik məkanın qorunub saxlanmasıdır.

“Rusiya və Azərbaycan ənənəvi olaraq təhsil və elm sahələrində çoxşaxəli əlaqələr saxlayır. Hazırda Azərbaycanda 300-dən çox rusdilli məktəb fəaliyyət göstərir, rus dilini öyrənmək üçün resurs mərkəzləri açılıb, Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Moskva Tibb Universitetinin filialları fəaliyyət göstərir. Eyni zamanda, Rusiya ali məktəblərində Azərbaycandan 8 minə yaxın tələbə təhsil alır, onlardan 1000-ə yaxın tələbə Rusiya Federasiyasının federal büdcəsindən maliyyələşir”, rusiyalı senator Yatskin qeyd edib.

Chosen
132
50
ikisahil.az

10Sources