EN

“Ukraynaya qoşun göndərsək, NATO müharibəyə qatılmış olacaq“ - Duda

"Polşa öz ordusunu Ukraynaya göndərmək niyyətində deyil. Hesab edirik ki, bu cür hərəkətlər NATO-nun Kiyev və Moskva arasında davam edən silahlı münaqişədə birbaşa iştirakını səbəb olacaq".

News365.az xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda slovakiyalı həmkarı Peter Pelleqrini ilə görüşündən sonra deyib.

“Mən də belə hesab edirəm ki, Polşa öz ordusunu Ukraynaya göndərməməlidir. Bu, NATO dövlətinin müharibəyə girməsi olar”, - Duda bildirib.

Xatırladaq ki, iyulun 3-də Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan etmişdi ki, ölkəsi Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçmək məqsədi ilə öz ərazisində Şimali Atlantika Alyansının ikinci təlim mərkəzi yaratmağı planlaşdırır.

Tural

News365.az


Chosen
116
2
news365.az

10Sources