EN

"Sabah" Sloveniyada ilk oyununa çıxır

style='margin-bottom:10px;'>

Yaya hazırlığını Sloveniyada keçirən "Sabah" bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv  yerli "Koper" komandası ilə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Sloveniyanın yüksək liqasında çıxış edən "Koper" ötən mövsümü 5-ci pillədə tamamlayıb.

Qeyd edək ki, "Sabah" Sloveniyada daha 3 yoxlama oyunu keçirəcək. Komanda iyulun 10-da Serbiyanın “Çukariçki”, 13-də Ukraynanın “Krivbass”, 17-də isə Ukraynanın “Rux” (Lvov) klubu ilə qarşılaşacaq. "Sabah" iyulun 18-də Bakıya qayıdacaq.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
2
teleqraf.com

10Sources