Xalqın seçdiyi hər kəs nüfuzludur və ona qarşı sayğı qorunmalıdır.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İran prezidentliyinə namizəd, seçkilərdə Pezeşkiana məğlub olan Səid Cəlili deyib.
"Hörmət etməkdən əlavə, biz seçilənə güclü inkişafa töhvə verməsi üçün bütün imkanlarımızla dəstək olmalıyıq", - Cəlili qeyd edib.
Xatırladaq ki, İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian 53.6 faiz səslə qalib gələrək, ölkənin prezidenti seçilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun